"Neftçi" Vəli Qasımovla yollarını ayıracaqmı?

Son günlər mətbuatda “Neftçi” Futbol klubunun baş məşqçi Vəli Qasımovla yollarını ayıracağı haqda məlumatlar dolaşır. Onun yerinə isə,  əcnəbi mütəxəssisin gətiriləcəyi bildirilir. SportLine.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir:  “ “Neftçi” heç bir əcnəbi mütəxəssislə danışıq aparmır. Vəli Qasımovun baş məşqçi kimi işini davam etdiməsinə gəldikdə isə, Müşahidə şurası bu haqda mövsüm yekunlaşdıqdan sonra qərar verəcək”. Xatırladaq ki, Azərbaycanda cari futbol mövsümünə ölkə kubokunun sabah keçiriləcək final matçı ilə yekun vurulur. Həlledici qarşılaşmada “Neftçi” və “Qarabağ” komandaları münasibətləri aydınlaşdıracaq. Bu, “ağ-qaralar” üçün mövsümü mükafatla başa vurmaq üçün son şansdır.

Banner