“Neftçi” – “Zirə” matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri satışa çıxarılıb. SportLine.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km stadionunun kassalarından və fan-şopdan əldə etmək mümkündü.

"N-KART” sahiblərinin bilet almalarına ehtiyac yoxdu, onlar oyun günü kartlarını təqdim etməklə, stadiona daxil ola bilərlər.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.