“Neftçi” – “Zirə” matçının vaxtı müəyyənləşdi
Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun başlanma saatı açıqlanıb. SportLine.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, sentyabrın 16-da 8-ci km stadionunda baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Bu komandaların əvəzedici heyətləri arasında oyun isə sentyabrın 17-də Binə qəsəbə stadionunda keçiriləcək. Həmin qarşılaşma saat 16:00-da başlanacaq.