"Neftçi" – "Zirə" oyununun biletləri satışda
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri satışa çıxarılıb. SportLine.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, adi biletlər 1, VİP yerlər üçün biletlər isə 5 AZN dəyərindədi.
Biletləri 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.
Qeyd edək ki, martın 5-də keçiriləcək “Neftçi” – “Zirə” matçı saat 18:00-da başlanacaq.