Tərlan Əhmədovun debütü uğursuz alındı
Bu gün Topaz Premyer Liqasında 5-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Diqqətlər, əsasən, 8-ci km stadionuna yönələcək. Çempionata uğursuz start verən "Neftçi", zirvədə qərarlaşan "Zirə" ilə üz-üzə gələcək.
"Neftçi"də baş məşqçi kimi debüt edəcək Tərlan Əhmədov azarkeşləri sevindirmək niyyətindədir. "Qartallar" da liderliyi qorumaq üçün 3 xala ümidindədirlər.
16 sentyabr 2017
TPL, 5-ci tur
“Neftçi” - “Zirə” - 1:2
QOLLAR: Vüsal İsgəndərli, 17 (0:1); Riçard Qadze, 52 (0:2); Uqo Barqas, 53 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
8-ci km stadionu
Standings provided by Sofascore LiveScore