"Neftçi"də ciddi itki

"Neftçi”nin heyətində ciddi itki var. Sportline.az xəbər verir ki,  "Zirə” ilə oyunöncəsi məşqdə zədələnən qapıçı Səlahət Ağayev bir müddət komandaya kömək edə bilməyəcək. O, sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat olunacaq. Ağayev bu məqsədlə sabah İstanbula yollanacaq.