"Neftçi"də pandemiya təhlükəsi yoxdur

"Neftçi” klubunun kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən, dünən və bu gün koronavirus (COVID-19) testi verib.

Sportline.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.

Qeyd edək ki, "Neftçi”nin bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.