"Neftçi"dən rəsmi transfer
“Neftçi” heyətinə yeni futbolçu cəlb.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Elşən Rzazadə ilə müqavilə imzalanıb. Yarımmüdafiəçi növbəti 1 il 6 ay müddətində "Neftçi"də oynayacaq.
Elşən Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.