"Neftçi"ni "Sumqayıt"la oyuna o hazırlaşdırır
"Neftçi" Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "Sumqayıt”la oyunun hazırlığına başlayıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” səhər klubun bazasındakı meydançada məşq ediblər. Axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq. Hazırlıq prosesləri hələlik baş məşqçi əvəzi Elşad Əhmədovun rəhbərliyi altında keçir.