"Neftçi"nin futbolçusu 3 həftə oynamayacaq
Topaz Premyer Liqasının XVI turunda keçirilən "Qəbələ" - "Neftçi" (1:0) oyununda zədələnən Cavid İmamverdiyevin vəziyyətinə aydınlıq gəlib.
SportLine.az xəbər verir ki, futbolçunun əzələsindən xəsarət alan futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.
Qeyd edək ki, "ağ-qaralar"da Caviddən başqa, müdafiəçi Rahil Məmmədov da zədədən əziyyət çəkir.