"Neftçi"nin futbolçusu koronavirusa yoluxub

"Neftçi"nin futbolçusu Prins İbarada koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, konqolu futbolçunun infeksiyaya millinin düşərgəsində yoluxduğu bildirilir.

Hələ Bakıya qayıtmayan 24 yaşlı hücumçu Portuqaliyada karantinə alınıb. Afrikalı forvardın təkrar testinin nəticəsi mənfi çıxandan sonra o, Azərbaycana gələcək.

Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş görüşdə Konqo millisi 0:1 hesabı ilə məğlub olub.