“Neftçi”nin huşunu itirən oyunçusu evə buraxıldı

Ötən gün futzal üzrə Azərbaycan Yüksək Liqasında keçirilən “Neftçi” – “Marafon Futsal” qarşılaşmasının son dəqiqəsində huşunu itirən Sadiq Cavidlə bağlı yeni xəbər var.

SportLine.az saytının məlumatına görə, "Neftçi"nin iranlı legioneri gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılıb. Onun səhhəti ilə bağlı ciddi problemin olmadığı deyilir.