“Neftçi”nin ilk oyununun başlama vaxtı dəqiqləşdi

Bu gündən Türkiyədə təlim-məşq toplanışına start verən “Neftçi”nin ilk hazırlıq matçının tarixi dəqiqləşib. SportLine.az xəbər verir ki, “ağ-qaralar” ilk oyununda “Sivasspor”la qarşılaşacaq.

Sınaq oyunu yanvarın 8-də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq “Neftçi”nin orda “Sivasspor”dan başqa “Kukesi” (Albaniya: 15 yanvar), “Tosno” (Rusiya: 17 yanvar) və “Terek”lə (Rusiya: 19 yanvar) yoxlama görüşü keçirəcəyi dəqiqdi.

Banner