"Neftçi"nin legionerində nümunəvi addım

"Neftçi"nin legioneri Donald Gerye koronavirusla mübarizəyə dəstək olub. 

Sportline.az xəbər verir ki, 31 yaşlı haitili yarımmüdafiəçi ölkəsinin iki xəstəxanasına yardım edib. Gerye hər xəstəxanaya 10 min çarpayı bağışlayıb. Həmin çarpayılar tibb ocaqlarına aprelin 22-də çatdırılacaq.  

Daha əvvəl o, evsiz haitililərə 5 000 dollarlıq yardım vermişdi. 

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, cari mövsümdən "Neftçi"də çıxış edir.