"Neftçi"nin potensial rəqibi müəyyənləşir

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Yarışdakı təmsilçimiz “Neftçi”nin də mümkün rəqibi bilinəcək. "Ağ-qaralar" birini təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Dinamo”nu (Tbilisi) keçsə, 2-ci mərhələdə səpələnməmişlər sırasında yer alacaq. Püşkdən öncə komandalar qruplara bölünüb. "Neftçi"nin potensial rəqibləri “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi və bu mərhələdən mübarizəyə qoşulacaq “Olimpiakos”la (Yunanıstan), “Srvena Zvezda”dır (Serbiya).

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 20-21 iyul və 27-28 iyul tarixlərində keçiriləcək.

Səpələnmişlər: "Olimpiakos" (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Teuta" (Albaiya) – "Şerif" (Moldova) cütü

Səpələnməmişlər: "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) cütü, "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) cütü, "Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan) cütü