"Neftçi"nin rəqibindən cavab gedişi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Dinamo” klubu yeni transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, Tbilisi təmsilçisi keçmiş yarımmüdafiəçisi Nodar Kavtaradzeni heyətinə qatıb. Onunla 2 illik müqavilə imzalanıb.

“Neftçi” “Dinamo” ilə ilk oyununu iyulun 7-də səfərdə, cavab görüşünü isə iyulun 14-də Bakıda keçirəcək.