"Neftçi"nin sabiq kapitanı müqavilə bağladı
"Neftçi"nin sabiq müdafiəçisi Georgi Navalovski Rusiyanın "SKA-Xabarovsk" klubu ilə müqavilə bağlayıb. Sportline.az xəbər verir ki, Gürcüstan millisinin üzvü ilə azad agent kimi anlaşılıb. 31 yaşlı müdafiəçi karyerasında üçüncü dəfə bu komandanın formasını geyinəcək. O, əvvəllər 2012-2013 mövsümünün ikinci yarısında, 2013-2014 mövsümündə bütövlükdə və 2015-2016 mövsümünün ikinci yarısında "SKA-Xabarovsk"da çıxış edib. Təcrübəli oyunçu "Neftçi"də ötən mövsümün ikinci yarısında oynayəb.