"Neftçi"nin yeni futbolçuları

"Neftçi"nin yeni transferləri nömrə seçimini ediblər. Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki. "Qarabağ"dan "ağ-qaralar"ın heyətinə keçən Namiq Ələsgərov 9, gürcü müdafiəçi Georgi Navalovski isə, 29 nömrə altında çıxış edəcək.

Xatırladaq ki, Namiq Ələsgərov "Bakı”, "Qarabağ” və "Kəpəz” klublarında oynayıb. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür.

Georgi Navalovski isə Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

 

Banner