Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” ABŞ Kubokunda 1/8 final oyununa çıxıb.

Sportline.az xəbər verir ki, sözügedən komanda 1-ci liiqa təmsilçisi “One Knoxvill” ilə qarşılaşıb. Oyun “Kolumbus Kru”nun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.

Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

“Kolumbus Kru” bu qələbə ilə 1/4 finala yüksəlib.

“Kolumbus Kru” - “One Knoxvill” - 4:1

Qollar: Pikard, 10, 23, Qazdaq, 72, Adams, 77 - Rodriges, 11