Nəriman MLS-də növbəti oyuna çıxdı

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, sözügedən komanda 12-ci turda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb və 0:3 heabı ilə uduzub. 

Nəriman Axundzadə matçın 79-cu dəqiqəsində -  bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.

“Kolambus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 12-ci yerdədir.