"Nəyin bahasına olursa olsun, finala çıxmalıyıq"
"Bavariya"nın hücumçusu Tomas Müller komandasının Çempionlar Liqasındakı məqsədindən söz açıb.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu nəyin bahasına olursa olsun, doğma stadionlarında keçiriləcək finala yüksəlməyə çalışacaqlarını bildirib.
"Biz artıq bir dəfə buna nail olmuşuq. 2012-ci ildə "Çelsi" ilə öz meydanımızda final oynamışıq. Bu, hamımızın həyatında vacib hadisə idi. Bu məqsəd üçün, əlimizdən gələni etməliyik", - deyə Müller X sosial şəbəkəsindəki "Bayern & Germany" səhifəsinə düşüncələrini bölüşüb.
Qeyd edək ki, "Bavariya" UEFA Çempionlar Liqasının altıqat qalibidir.