Neymar "Barsa" ilə vidalaşıb Parisə yollandı
PSJ ilə razılığa gəldiyi deyilən Neymar "Barselona" ilə vidalaşıb. SportLine.az sport.es saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu bu gün komandanın məşqinə qatılmayıb. Baza gələn hücumçu komanda yoldaşları ilə vidalaşıb. Onun bu gün Parisə yola düşəcəyi qeyd olunur.
Xatırladaq ki, Neymarın 222 milyon avro qarşılığında PSJ-yə keçəcəyi gözlənilir.