Neymar fantastik təklifə "yox" dedi

PSJ-nin futbolçusu Neymar "Barselona"ya keçmək üçün maaşının azaldılmasına hazırdır.

Sportline.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, braziliyalı hücumçu Kataloniya klubuna transferini sürətləndirmək üçün PSJ-nin yaxşılaşdırılmış şərtlərlə - 100 milyon avro mükafatla yeni müqavilə təklifini rədd edib.

Qeyd olunub ki, 28 yaşlı oyunçu "Barsa"ya qayıtmaq üçün maaşının 50 faizində imtina etməyə hazırdır. Nəşr yazıb ki, PSJ müqavilənin müddətini uzatmaq istəməyən  Neymarın qiymətini aşağı sala bilər.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.