Neymar futbol karyerasını başa vurur?
"Santos"un futbolçusu Neymar karyerasını bitirməyə hazırlaşır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, braziliyalı artıq futbol həyatını sonlandırmağı planlaşdırır.
34 yaşlı oyunçu karyerası ərzində meydana çıxdığı 619 matçda 371 qol, 229 asistlə yadda qalıb.
Qeyd edək ki, Neymar "Santos"la yanaşı karyerası ərzində, "Barselona", "Paris Sen-Jermen" və "Əl-Hilal" klublarının formasını geyinib.