Neymar millidən kənarda qala bilər

Neymar Braziliya millisinin oyunlarını buraxa bilər.

Sportline.az xəbər verir ki, Neymar zədəsi səbəbindən Braziliya millisinin qarşıdakı yoldaşlıq görüşlərində iştirak etməyə bilər.

ESPN-in yaydığı məlumata görə, futbolçunun iltihab problemi ilkin gözləntilərdən daha ciddi çıxıb.

Braziliya millisinin tibbi heyəti riskə getmək istəmir və əsas diqqəti futbolçunun tam bərpasına yönəldib.

Mənbənin iddiasına əsasən, qarşıdan gələn dünya çempionatı nəzərə alınaraq Neymarın sağlamlığı prioritet hesab olunur.

Xəbərdə qeyd edilir ki, 33 yaşlı hücumçu hətta mundial öncəsi keçiriləcək hər iki yoxlama oyununu da buraxa bilər.