Neymar Premyer Liqaya gedir?
"Barselona"nın ulduzu Neymar Premyer Liqa klublarının hədəfindədir.
SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, növbəti mövsüm çempionluğu hədəfləyən iki klub - "Mançester Siti" və "Mançester Yunayted" futbolçunu heyətində görmək arzusundadır. Məlumata görə, hər iki klub yay transfer pəncərəsində Kataloniya təmsilçisinə rəsmi təklif ünvanlayacaq.
"Marka"nın yaydığı xəbərə əsasən, Neymar mövsümün sonunda komandanı tərk edə bilər. Təyin olunacaq yeni baş məşqçinin kimliyindən asılı olaraq braziliyalı ulduz karyerası ilə bağlı yekun qərara gələcək.
"Barselona"nın da böyük məbləğ müqabilində Neymarı satmağa hazır olduğu deyilir.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2013-cü ildən "Barsa"nın şərəfini qoruyur.