Neymar şou göstərdi, PSJ darmadağına sevindi

Fransa I Liqasında PSJ "Tuluza"dan üstün olub - 6:2. SportLine.az xəbər verir ki, Neymar bu görüşdə 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Daha bir qolun vurulmasında da onun əməyi böyük olub. 74-cü dəqiqədə penalti qazanan braziliyalı Kavaninin fərqlənməsinə imkan yaradıb.