Nəzirəxanım Fərədova: "Qarşıda daha bir məsuliyyətli yarış var"

Su İdmanı Sarayının bədii gimnastika komandası Dubayda keçirilən beynəlxalq yarışda yüksək nəticə göstərib.

Sportline.az-a danışan komandanın məşqçisi Nəzirəxanım Fərədova qarşıdakı hədəflərdən də söz açıb.

"Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 25-26 noyabr tarixlərində bədii gimnastika üzrə beynəxlalq turnir keçirildi. 400-dən çox idmançı qatılmışdı həmin yarışa. Bakıdan 3 klub yollanmışdı. Biri də bizim Su İdman Sarayının gimnastları idi. Bizim komandamız 17 qızıl, 3 gümüş medal qazanaraq yüksək nəticə göstərdi.

Qarşıda isə daha bir məsuliyyətli yarış var. Söhbət elə Su İdmanı Sarayının təşkil edəcəyi turnirdən gedir. Bu yarış Bakı Olimpiya İdman Kompleksində keçiriləcək. Özümüz təşkil etdiyimiz üçün məsuliyyət həmişəkindən daha artıqdır. Ümid edirəm ki, bu yarışda da layiqincə mübarizə aparacağıq".