Niderland Polşaya qarşı
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, Niderland G qrupunun 9-cu turunda səfərdə Polşa ilə qarşılaşacaq.
Ronald Kumanın rəhbərlik etdiyi komandada əsas itki Vout Veqhorstun adı ilə bağlıdır.
Meydan sahiblərində isə Karol Sviderski zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti 23:45-də səslənəcək Polşa – Niderland oyununu italiyalı hakim Maurizio Mariani idarə edəcək.