Nik Voltemadenin arzusu
"Nyukasl Yunayted"in forvardı Nik Voltemadenin gələcək planları üzə çıxıb.
Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu yaxın illər ərzində "Bavariya"ya transfer olmağı hədəfləyir.
Bu haqda "Sport Bild" nəşri məlumat yayıb.
Voltemadenin İngiltərə klubu ilə sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 12 matçda 6 qolla yadda qalıb.