Niklas Füllkruq “Milan”a gedir
“Vest Hem Yunayted”in forvardı Niklas Füllkruq yanvar ayında “Milan”a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda “The Athletic” nəşri məlumat yayıb.
32 yaşlı forvardın transfer qiyməti 10 milyon avrodur.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm 9 rəsmi matçda iştirak edib. Təcrübəli oyunçunun məhsuldarlıq göstəricisi yoxdur.