Niko Paz “Çelsi”yə keçə bilər

“Komo”nun parlamaqda olan futbolçusu Niko Paz “Çelsi”yə transfer ola bilər.

Sportline.az “TBR Football”a istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.

Lakin İtaliya klubu 21 yaşlı hücumammeyilli yarımüdafiəçi üçün ən azı 90 milyon avro tələb edir.

Qeyd edək ki, Niko Paz “Real Madrid”in yetirməsidir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 4 qol, 4 məhsuldar ötürmə müəllifi olub.