Niko Uilyams İngiltərə Premyer Liqasında çıxış edə bilər

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams karyerası İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Arsenal" N.Uilyamsı transfer etmək üçün hərəkətə keçib.

22 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Uilyams bu mövsüm çıxış etdiyi 42 matçda 11 qol və 7 asistlə yadda qalıb.