Niko Uilyamsın sərbəst qalma məbləği açıqlandı

"Atletik Bilbao" Niko Uilyamsın sərbəst qalma məbləğini açıqlayıb.

Sportline.az xəbər verir ki, Baskoniya təmsilçisi 23 yaşlı sol cinah vingeri üçün 95 milyon avro tələb edir.

Bu haqda "El Nacional" nəşri məlumat yayıb.

Qeyd edək ki, N.Uilyams cari mövsüm meydana çıxdığı 26 matçda 4 qol, 6 asistlə yadda qalıb.