Nikolas Kanales yeni klubda
|
"Neftçi"nin sabiq forvardı Nikolas Kanales karyerasının vətənində davam etdirəcək. Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu Çilinin yüksək liqasında çıxış edən "Deportes Temuko" ilə müqavilə bağlayıb. Sözügedən komanda hazırda yaxşı vaxtlarını yaşamır. 1-ci dövrədən sonra "Deportes Temuko" 16 komanda arasında 16 xalla 12-ci pillədədir. |