Nikolov Kamran Quliyevi tənqid etdi

“İnter”in (hazırkı “Keşlə”) prezidenti olmuş Georgi Nikolov “Neftçi”nin prezidenti Kamran Quliyevi tənqid edib.

Sportline.az xəbər verir ki, bolqarıstanlı futbol adamı Facebook sosial şəbəkəsində “Neftçi” ilə bağlı müzakirələ qoşulub. O, yazdığı şərhdə bunları qeyd edib:

“Neftçi” ilə həmişə rəqib olmuşuq. Lakin yalnız meydanda. Klub həmişə üzdədir. Bütün ölkə onlara azarkelik edir. Ona görə də uğursuzluq çoxlarını məyus edir. Kamran “Sumqayıt”da işinin öhdəsindən yaxşı gəlirdi. “Neftçi” isə onun dişinə görə deyil...”


qol.az