"Nitsa"nı "Liverpul"a dəyişir
"Liverpul" "Nitsa"nın 21 yaşlı futbolçusu Mohamed-Ali Ço ilə yaxından maraqlanır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu yay transfer pəncərəsi dövründə Mohammed üçün Fransa klubuna rəsmi təklif göndərəcək.
"Nitsa" fransalı futbolçu üçün 25 milyon avro tələb edir.
Qeyd edək ki, Mohamed cari mövsüm çıxış etdiyi 25 oyunda 5 qol və 3 asistlə yadda qalıb.