Nketiya "Kristal Pelas"da qalmaq istəyir

"Kristal Pelas"ın hücumçusu Eddi Nketiya klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

26 yaşlı forvardı "Vest Hem Yunayted" klubu transfer etmək istəyir.

Qeyd edək ki, Nketiya cari mövsüm meydana çıxdığı 19 matçda 4 qol, 1 asistlə yadda qalıb.