Nkunku karyerasını PSJ-də davam etdirəcək

“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Paris Sen-Jermen” klubu Nkunkunun transferi üçün “Çelsi” ilə danışıqlara başlayıb.

Fransa klubunun rəhbərliyi Nkunku üçün “Çelsi”yə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 27 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.