Nkunku “Milan”da qalacaq

“Milan”ın hücumçusu Kristofer Nkunku komandada qalacaq.

Sportline.az xəbər verir ki, fransalı futbolçu son dövrlərdə irəliləyiş göstərib. O, qol vurmaqla və əvvəllər sanki boş görünən investisiyanı tədricən doğrultmaqla klubun etimadını qazanıb.

İtaliya klubu Nkunkunu satmaq fikrindən daşınıb.