Norveç millisinin yeni baş məşqçisi müəyyənləşdi

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Norveç seçməsinin yeni baş məşqçisi açıqlanıb. SportLine.az xəbər verir ki, Per-Matias Hoqmonun gedişindən sonra boş qalan yerə isveçli Lars Leqerbek gətirilib. 68 yaşlı mütəxəssis komandanı 2019-cu ilə qədər çalışdıracaq.

Qeyd edək ki, uzun müddət İsveç yığmasını çalışdırmış Laqerbekin son iş yeri 2011-2016-cı illərdə İslandiya seçməsi olub.