Norveçli hücumçunun yeni klubu bəlli olub

"Vulverhempton"un forvardı Yorgen Strand-Larsen karyerasını "Kristal Pelas"da davam etdirəcək.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 48 milyon funt sterlinq ödəyəcək.

25 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 26 matçda 6 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Norveç millisinin üzvü karyerası ərzində daha əvvəl "Milan", "Qroningen" və "Selta Viqo" kimi klublarda çıxış edib.