"Nottingem Forest" brazilyalı futbolçu üçün hərəkətə keçib
"Nottingem Forest"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz "Nottingem"in transfer hədəfinə çevrilib.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Duqlas Luiz bu mövsüm 22 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.
Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.