“Nottingem Forest” – “Porto”: Heyətlərdəki son durum

UEFA Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilir.

Sportline.az xəbər verir ki, “Nottingem Forest” doğma meydanda “Porto” ilə münasibətlərini aydınlaşdıracaq.

İngiltərə klubunda yeganə itki Ola Ainanın adı ilə bağlıdır.

“Porto”da isə Luk De Yonqun oynayıb oynamayacağı oyun saatlarında bəlli olacaq.

Qeyd edək ki, “Nottingem” – “Porto” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Oyunda söz sahibi ruminyalı hakim Radu Marian Petresku olacaq.