“Nottingem Forest”dən yeni həmlə
"Nottingem Forest"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Sky İtalia" nəşrinə istinadən xəbər verir ki, "Bolonya"nın isveçrəli futbolçusu Dan Endoye "Nottingem"in transfer siyahısında yer alır.
İngiltərə klubu bu keçid üçün 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, sözü gedən futbolçunun "Bolonya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.