“Nottingem” “İnter”in müdafiəçisini hədəfə alıb
“İnter”in mərkəz müdafiəçisi Stefan De Frey karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Nottingem Forest” 33 yaşlı stopperi transfer etmək istəyir.
S.De Frey bu mövsüm 8 rəsmi matçda meydanda olub.
Qeyd edək ki, sözügedən futbolçu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.