"Nottingem" "Porto"nu qəbul edir
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, "Nottingem Forest" "The City Qraund" stadionunda "Porto" ilə qarşılaşacaq. Portuqaliyada keçirilən görüşdə 1-1 hesablı bərabərlik qeydə alınmışdı.
İngiltərədə keçirilən qarşılaşmaya Porto" ciddi itkilərlə çıxacaq. Martim Fernandeş, Neuen Perez, Luk De Yonq, Samuel Aqhehova cəza, Oskar Pietszevski cəza səbəbindən görüşü buraxmalı olacaq.
Vitor Pereyranın komandasında isə Jair Kunya, Con Viktor, Nikolo Savona və Villi Boli zədəlidir.
Qeyd edək ki, "Nottingem" - "Porto" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Oyunda söz sahibi niderlandlı hakim Danni Makkeli olacaq.