“Nottingem”də ayrılıq yaşana bilər

“Nottingem Forest”in nigeryalı futbolçusu Ola Ayna mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda “TBR Football” nəşri məlumat yayıb.

“Liverpul” və “Mançester Siti” Ayna ilə yaxından maraqlanır.

Qeyd edək ki, 28 yaşlı müdafiəçinin “Nottingem Forest”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.

O cari mövsüm çıxış etdiyi 29 matçda 2 qol və 1 asistlə yadda qalıb.