"Nottingem"in oyunçusu yayda klubdan gedəcək

"Nottingem Forest"in yarımüdafiəçisi Elliot Anderson yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

23 yaşlı futbolçunun sərbəst qalma məbləği 100 milyon avrodur.

Qeyd edək ki, "Mançester Yunayted" sözügedən oyunçunu transfer etməyi hədəfləyir.