Novak Cokoviç koronavirusa yoluxdu

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç Zadardakı turnirdən sonra koronavirus testindən keçib.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun və həyat oldaşı Elenanın koronavirus testi müsbət çıxıb. Tennisçinin uşaqlarında isə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, Cokoviç əvvəlcə koronavirus testindən keçməkdən imtina etmişdi.